azerbaycanxeberleritv.az » Manşet » Bərdədə külli miqdarda narkotik aşkarlandı - Foto 12 Punto 14 Punto 16 Punto
Manşet / Gündəm / Siyasət / Hadisə / 5-08-2023, 16:19

Bərdədə külli miqdarda narkotik aşkarlandı - Foto 12 Punto 14 Punto 16 Punto

 

Bərdədə keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Azerbaycanxeberleritv.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bakı şəhər sakini İlqar Cavadov əvvəlcədən əlbir olduğu Məhəmməd adlı şəxslə birlikdə Bərdə rayonuna gələrək onlara deyilən ərazidən narkotik vasitə olan 8 kiloqrama yaxın marixuana götürüblər.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla İlqar Cavadov saxlanılıb. O, narkotik vasitəni onlayn yolla tanımadığı İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib.

Əməliyyatın davamı olaraq onun əlbir olduğu Məhəmməd Abdullayev də Bakı şəhərində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdımalar davam etdirilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.