azerbaycanxeberleritv.az » Manşet » 10-A YAXIN İCRA BAŞÇISI YOLA SALINIR – ADLAR
Manşet / Gündəm / Siyasət / 8-08-2023, 13:05

10-A YAXIN İCRA BAŞÇISI YOLA SALINIR – ADLAR

Bir neçə rayonun icra başçısı dəyişdiriləcək.
KONKRET.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu ilin sentyabrına qədər 10-a yaxın şəhər və rayonun icra başçısı vəzifəsindən azad ediləcək.
Vəzifəsini itirəcək icra başçıları arasında uzun müddət kreslodan yapışıb qalan məmurlar üstünlük təşkil edir. Məlumatlı mənbənin dediyinə görə, Qubadlı rayonun İcra başçısı Malik İsaqov, Şabranın İcra başçısı Novruz Novruzov, Qaradağın başçısı Süleyman Mikayılov da bu məmurlar arasındadır.
Mənbənin məlumatına görə, vəzifədən gedəcək icra başçılarının bəziləri haqqında hüquqi müstəvidə ciddi ölçü götürüləcək. Sentyabra qədər bir neçə böyük şəhərlərin icra başçılarının da vəzifəsini itirməsi gözlənilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.