azerbaycanxeberleritv.az » Manşet » Ermənistan və Azərbaycan arasında müharibə… – Paşinyan
Manşet / Gündəm / Siyasət / Dünya / 9-05-2025, 12:45

Ermənistan və Azərbaycan arasında müharibə… – Paşinyan

Ermənistan və Azərbaycan arasında müharibə… – Paşinyan


Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq.

"Azerbaycanxeberleritv.az" Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar xalqa müraciətində deyib.

“Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir, bu yolla irəliləyəcəyik. Bölgəmiz sülh və firavan yaşamaq haqqını qazanıb və belə də olmalıdır”, – baş nazir bildirib.

Nikol Paşinyan vurğulayıb ki, bütün daxili təxribatlara və digər amillərə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.