Bu gün daha bir qəhrəman qardaşımız haqqında xalqımıza gələcək nəsillərimizə təqdim edəcəyik.
Feyruzlu Əlibəy Samir oğlu sentybarın 14 1998-ci ildə Ağdaş rayon Şəmsabad kəndində anadan olmuşdur.2004-cü ildə M.Əfəndizadə adına Şəmsabad kənd orta məktəbinin 1-ci sinifinə getmişdir.2015-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.Fəal mütəvazi bir şagird olmuşdur.Orta məktəb illərində idmanın taekvanda növü ilə məşğul olmuşdur,yarışlarda 2-ci 3-cü yerləri tutmuşdur.Hərbiyə həvəsi olduğu üçün ali məktəbə daxil olmağ istəmədi.
2016-ci ilin oktyabrinda həqiqi hərbi xidmətə getmiş.2018-ci ilin aprelində DQ-da xidməti vəzifəsini uğurla başa vurmuşdur.Hərbi kurslardan keçərək 2019-cu ilin avqustunda hərbiçi kimi işə başlamışdır.
MAAHHXHQ-kəşfiyyatçı snayperist idi.Ağır və məşəqqətli təlimlərdən keçərək Vətən müharibəsinin ilk günündən döyüşlərdə qəhrəmanlıq göstərərək zəfər çalmışdır.Yoldaşları öz aralarında onu "Döyüş canavarı" adlandırırdılar Sonuncu döyüşü Suqovuşan oldu.Bu döyüşdə igidlik və qəhrəmanlıq göstərərək vuruşmuş və şəhidlik zirvəsinə ucalmışdır.
25.10.2020-ci ildə doğma kəndində çox sevdiyi Vətən torpağında dəfn edilmişdir.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanın sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunması" medalı və "Vətənə xidmətə görə ordeni"ilə təltif olunub.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Ailəsinə allahdan səbr diləyirik