azerbaycanxeberleritv.az » Manşet » 44 günlük Vətən müharibəsi Şəhidi Cəfərli Cəfər Babacəfər oğlu haqqında
Manşet / Müharibə / Qan yaddaşı / 2-09-2023, 13:34

44 günlük Vətən müharibəsi Şəhidi Cəfərli Cəfər Babacəfər oğlu haqqında

Qəhrəmanlıq yekunun nəticəsidir.Ancaq bir günün bir ilin yekunun nəticəsi deyil illərin bəhrəsidir.

Bəli vətən sevgisi varsa qəhrəmalıq da var,şəhidlikdə!

Haqqında qürur hissi ilə danışacağımız daha bir qəhrəmanımızCəfərli Cəfər Babacəfər oğlu olacaq.Bizim fikrimiz amalımız bizə zəfər yaşadan Qarabağ torpaqlarını bizlərə qaytarıb özləri qayıtmayan qəhrəmanları xalqa,millətə gələcək nəsillərə tanıtmağdır.

Cəfərli Cəfər Babacəfər oğlu 11.12.1999- cu ildə Yardımlı rayonu Avun kəndində anadan olmuşdur.2006-cı ildə Avun kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuşdur.

2016-cı ildə şəhid Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbin bitirib.

Cəfər Cəfərli 2018-ci ildə hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrin tərkibində MAXE hərbi qulluqçusu kimi davam etmişdir.

Azərbaycan Ordusunun Müddətdən artıq həqiqi hərbi xidmət edən əsgəri Cəfər Cəfərli Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması  uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir.

Cəfər Cəfərli 3 noyabr tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.Cəfər Cəfərlinin şəhid olmasından bir müddət sonra tapılaraq ailəsinə təhvil verilmişdir.

Cəfər Cəfərli Babacəfər oğlu 14.12.2020-ci  ildə böyüyüb boya başa çatdığı Yardımlı rayon Avun kənd qəbirsanlığında torpağa tapşırılmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş torpaqların icra zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən Cəfərli Cəfər Babacəfər oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə",  "Cəbrayılın azad olunmasına görə",  "Şuşanın azad olunmasına görə",  "Kəlbəcərin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü", "III dərəcəli vətənə xidmətə görə", "Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdur.

Alalh rəhmət eləsin!

Məkanı cənnət olsun!

Ailəsinə səbr versin! 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.