Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna tərəfi ilə danışıqlarla bağlı vəziyyətin inkişafını Türkiyə Prezidenti Dolmabağça sarayındakı ofisində deyil, başqa yerdə gözləməyi planlaşdırır.
"
Azerbaycanxeberleritv.az” xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.
"Rusiya nümayəndə heyəti prezident ofisinə getməyib və vəziyyətin inkişafını və məlumatları başqa yerdə gözləyəcək”, - mənbə deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də Moskvanın Ukrayna hökumətinə 2022-ci ildə kəsdikləri birbaşa danışıqları mayın 15-də İstanbulda ilkin şərt olmadan bərpa etməyi təklif etdiyini açıqlayıb.