azerbaycanxeberleritv.az » Manşet » İrəvandan Qərbi Azərbaycan məsələsinə “yaşıl işıq”
Manşet / Siyasət / Dünya / 28-05-2025, 14:00

İrəvandan Qərbi Azərbaycan məsələsinə “yaşıl işıq”

İrəvandan Qərbi Azərbaycan məsələsinə “yaşıl işıq”


Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən verdiyi açıqlaması ilə İrəvanın siyasi dairələrini silkələyib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, o, Qarabağdan qaçmış separatçıların hərəkətlərini kəskin tənqid etməklə yanaşı, Azərbaycanla sərhəddin açılmasından sonra nələrin baş verəcəyini də qeyd edib.

Simonyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan məsələsini qaldırması səbəbsiz deyil. O, bu məsələdə Qarabağdan qaçaraq, İrəvana sığınmış separatçıları kəskin tənqid edib. “Bir qrup gəlib İrəvanda özünə “spiker”, “pörezident” seçir. Azərbaycanın münasibəti buna adekvatdır. Əgər biz Qarabağdan köçənlərə özlərinə “rəhbər” seçməyə imkan veririksə, Bakı niyə analoji addım atmasın?”

Erməni spikerin sözlərinə görə, Qarabağdan köçən ermənilərin geri qayıtması məsələsi bu gün mümkün deyil. O deyib ki, hazırda bunun üçün şərait yetişməyib. “Bəli, Qarabağ erməniləri təhlükəsiz olanda öz evlərinə qayıtmalıdırlar. Amma bu gün şərait yetişməyib. Bakı azərbaycanlıların geri qayıtmasını istədiyi kimi, hər şey qarşılıqlı olmalıdır”.

Simonyanın daha bir açıqlaması isə Ermənistanı qarışdırıb. O deyib ki, sərhədlər açılandan sonra azərbaycanlı və ermənilərin ticarət etməsi reallaşacaq. “Sülh müqaviləsinin imzalanmasından beş dəqiqə sonra Ermənistan və Azərbaycan xalqları bir-biri ilə hər cür ticarət və ünsiyyət qurmağa başlayacaqlar. Qarabağın blokadası zamanı ermənilərlə azərbaycanlılar ticarət edirdilər. Bu qaçılmaz prosesdir və hamı buna hazır olmalıdır”.​

Ermənistan parlamentinin sədri onu da bildirib ki, siyasi baxımdan onlar eskalasiya təhlükəsi görmürlər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.