Bu gün Azərbaycan futbol millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Azerbaycanxeberleritv.az xəbər verir ki, yığmamız V turda Belçika ilə üz-üzə gələcək.
Saat 17:00-da “Dalğa Arena”da baş tutacaq qarşılaşmanın baş hakimi Nenad Minakoviçdir. (Serbiya)
Qeyd edək ki, Canni De Byazinin kollektivi ilk üç oyununda aktivinə cəmi 1 xal yazdıra bilib. Rəqib Belçika millisi isə hazırda FİFA reytinqində 5-ci pillədə qərarlaşır.
Xal durumu: Avstriya - 10, Belçika - 7, İsveç - 3, Estoniya - 1, Azərbaycan - 1.