azerbaycanxeberleritv.az » Manşet » Şəhid Əli Seyidovun anım günüdür.
Manşet / Müharibə / Qan yaddaşı / 4-10-2023, 13:46

Şəhid Əli Seyidovun anım günüdür.

 Torpağı vətən edən oğullardır.O oğullar ki,düşmən baş qaldıranda silah bütün gücünü  hünər edib,irəli gedib qalib gəlib.Vətən xalq naminə canını əsirgəmədən fəda edib şəhid olub.Əbəs yerə deyilmir ki,"Şəhidlər Ölməz Vətən Bölünməz"

44 günlük  Vətən müharibəsi Milli Ordumuzun gücünü xalqımızın iradəsini,düşmənlərimizin isə nə qədər gücsüz olduğunu açıq-aydın göstərdi.Əsgərlərimiz 44 günə sığan düşmən üzərindəki zəfər tariximizi yazdı.Bu böyük qələbəyə imza atan qəhrəmanlarımızdan biri də Əli Seyidovdur.

Əli Seyidovun şəhidliyindən 3il keçir.Həm də düşmənlərimiz üzərindəki qələbəmizin 3 ili tamam oldu.

Aydın məsələdir ki,bu 3 ildə xalqımızın müzakirə etdiyi,eyni  zamanda beynəlxalq aləmdə danışılan mövzu 44 günlük II Qarabağ müharibəsi və onun gedişi yekunun nəticəsi barəsində olub.Bu 3 ildə müxtəlif tədbirlərdə müxtəlif məzmunlu məclislərdə şəhidlərimizlə bağlı o sıradan da yüz dəfələrlə Əli Seyidovun qəhrəmanlığı,mərdliyi cəsarəti haqqında söhbətlərin danışıqların şahidi olmuşam.Belə qəhrəmanların hesabına da böyük qələbəmiz təmin edilib.

Seyidov Əli Rahin oğlu 11.07.1999-cu ildə Bakıda anadan olub.2006-cı ildə 1-ci sinifə Rixarda Zorge adına 90 saylı orta məktəbə gedib.

Əli King Boks və ağır atletika üzrə yarışlarda birinciliydə olub 15 qızıl 6 gümüş 3 bürünc medalları var.2017-ci ildə orta məktəbin on birinci sinifini bitirib.

04.01.2018-ci ildə hərbi xidmətə yola düşür.Goranboy Balıı qayada hərbi xidmətə başlayır.

2019-cı ildə hərbi xidmətini bitirib gəlir və yenidən qayıdır müddət artlıq  hərbi xidmətə  və naliyyətlərinə görə uğurlarına görə yenədə təşəkkürnamə ilə bayraq ilə təltif olunur.

21 yaşı var idi Vətən uğrunda gedən döyüşlərdə 21 erməni postunu  məhv edir.

XTQ kəşfiyyatçı  Seyidov Əli Rahin oğlu  torpaqların azadlığı uğrunda döyüşlərdə  qəhrəmancaısına vuruşur.

Komandir dediki yaralananda yenədə qabağa gedirdi hamıya da səsləndirdi ki,sonunacan kişi kimi vuruşub 04.10.2020-cı il tarixində  Tərtər Suqovuşan döyüşlərində qəhrəmancasına  şəhid olur.

Əli həmişə şəhidlik gözəl mərd qeyrətli zirvədən və gözəlidə Mübariz İbrahimov kimi Mübariz şəhid olan yerdə şəhid olmaqdı və məhs Mübariz kimi Mübariz şəhid olan yerdə şəhid olur son nəfəsində  döyüşçü  yoldaşlarına gülərək  nolub qan görmüsünüz  hər şey yaxşıdı  deyib hətda .Tabutunu açandada üzündə gülüş vardı 3 qardaşın ən balacası idi.Evin son beşiyi  idi amma hamının başının tacı idi.

10.10.2020-ci ildə tarixində Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunur.

Azərbaycan Respublikasının  Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən  Əli Seyidov ölümündən sonra "Vətən uğrunda medalı",  "Suqovuşan azadlığı uğrunda medalı", "Cəsur döyüçü medalı", ilə təltif olunub.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun! 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.