azerbaycanxeberleritv.az » Manşet » ŞƏHİD SÜBHAN ABDÜRƏHMANLI MAHİR OĞLU HAQQINDA
Manşet / Gündəm / Müharibə / Qan yaddaşı / 7-10-2023, 02:42

ŞƏHİD SÜBHAN ABDÜRƏHMANLI MAHİR OĞLU HAQQINDA

Azərbaycan bizim dogma Vətənmizdir.Vətənmizi müdafiə etmək,keşiyində durmaq hər bir Azərbaycan vətəndaşının borcu Azərbaycanı bir qala kimi qoruyan igid oguların sayı hesabı yoxdur.Qardaş olub Vətən sevgisilə ürəkləri bir amal ugrunda döyünən ,canlarını Vətən yolunda,namus qeyrət yolunda,ölümün gözünə dik baxıb,şəhadətlərilə əbədiyyətə qovuşdular.Şəhidliyin,qəhrəmanlıgın məkanı,zamanı  olmur.Öz ömürünü ömürlərə-Vətənə baglayan ogular qəhrəmanlardır.Belə bir misal var ,şərait qəhrəmanlar yaradır,qəhrəmanlar isə tarix.Vətən sevgisilə bizlərin qüruru,vüqarıölməzliyin örnəyi olan Sübhan Abdurehmanlı kimi.

Abdürəhmanlı Sübhan Mahir oğlu 1992-ilin oktyabrın 18-də (Azərbaycan Respublikasının müstəqillik günündə) Bakı şəhərində anadan olmuşdu.

Qəhrəman Sübhan 1999- ci ildə (NZS qəsəbəsi) Xətai rayonu165 getmiş 2010- ci ildə həmin məktəbi bitirmişdir. 2010-2012 Azərbaycan  Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olub. 2012- ci ildən isə müddətdən artıq hərbi xidmət qulluqçusu idi.

 Adın insan həyatında çox böyük rolu var deyilər.Sübhan da ona qoyulan adı çox laiqincə dogultdu.Sübhanın  yanında sevgidən söz düşəndə deyərdi ki ;

"Mənim vugunu oldugum Vətəndir!  Vətən torpagı düşmən taptagındadır, hərənin öz yolu var ,mən öz yolmu seçmişəm son nəfəsmə kimi vuruşaram torpaqlarmızı almaq üçün.
Düşmədən ürəyimcə qisas almasam elə bilirəm Allahımda,valideyinlərim də məni   bagışlamaz.Vətənin azadlıgı üçün qurban lazımdırsa,biri mən...

 Azərbaycan  Ordusunun giziri , kəşviyyatçı  Sübhan Mahir  oglu  Abdurehmanl  27 sentyabr 2020-ci ilAzərbaycan silahlı Qüvvələri Tərəfindən Ermənistan işgalı altında olan ərazilərin azad olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizuli rayonunun azadlıgı ugrunda gedən döyüşlərdə  Qəhrəmancasına savaşıb.

Sübhan Bakı şəhəri Xətai rayonu 165 li tam orta məktəbdə təhsil almışdı.Oxuduqu illərdə  idmanın boks növüilə məşgul olmuş ,dəfələrlə Çempio olmuşdu. Sübhan Abdurəhmanlı uşaqlıqdan çox fərqli bir uşaq idi.Çevik,haqsızlıgı sevməyən,hər kəsə diqqət ,qaygı  göstərən, böyüklə böyük kimi kiçiklə kiçik kimi davranırdı.Sübhan Azərbaycan uşaq və Gənclərin sülh  Şəbəkəsinin  Liderlik Məktəbinin fəal üzvülərondən idi. Sübhan məktəb illərində həmişə tədbirlərdə bayraqdar olurdu.Sübhan üçün Bayraq ,Vətən, ana  ata müəllim ,qardaş  bacı, dost sevgisi  çox  fərqli yanaşma  idi. Müəlliməsi deydi . Sübhan həmişə sinfmizin tədbirlərində  bayraqdar olurdu..Birdəfə Ramin adl şagirdimizə bayragı verdim.     Sübhan gəlib bayraqı oglandan aldı.Dedim ogul bala həmişə səndə olur bayraq bidəfədə qoy bu oglanda olsun Sübhan xeyr müəllimə bu gün mən bayragı  götürürəm, bir gün bayraq məni götürəcək .Bu sözləri İgid Sübhan 3 cü sinifdə oxuyanda  demişdi.Müəlliməsi deyirdi Sübhan həmişə deyərdi  mən Cəbrayılda ,Şuşada Şəhid olacam  Bəli...Birdə  dəfə sonuncu dəfə iyul aynın 23  2020 məzuniyyətə gəlmişdi rastlaşdıq həytdə.Üç günlük evinə istirahətə gəlmişdi. Sübhana dedim xeyr iş nə vaxtdı.Sübhan əlini ürəynin üstünə qoydu bu ürək Şəhid olmaq istəyir. .Üç aydan sonra Sübhan Şəhid  oldu. Xətai rayonu 165 nömrəli orta məktəbdə rəsmi olaraq Sübhan Abdurəhmanlı Mahir oglunun adına sinif ayrılıb.

Sübhan Abdurehmanlı Oktaybrın ayının 1- dən ikisinə keçən gecə Fizuli rayonun Rüzgar kəndində gedən döyüşlər  zamanı yaralı əsgər yoldaşını xilas edən zaman snayper gülləsinə tuş gələrək Qəhrəmancasına Şəhid olub.28 yaşını qeyd etməsinə cəmi 11 gün qalmış oktyabr aynın 7- də(.2-ci Fə xri Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun cərgəsində torpaga tapşırılıb).
Azərbaycan Respublikasının15.12  2020 -ci tarixli   sərəncamna əsasən Sübhan Abdurehanlı Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi Vətən ugrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə  qarşısında qoyulmuş tapşırıqların icrası zamanı  vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün,ölümündən sonra "Vətən ugrunda "medalı ilə,18.12.2020-ci il tarixl isərəncama əsasən" İgidliyə görə"medalı ilə ,25.12.2020-ci il tarixli sərəcama əsasən Sübhan Abdurehmanlı "Fizulinin" azad olunmasına görə medalı və 3-cü  dərəcəli "Vətənə Xidm"ətə görə Ordeni ölümündən sonra təltif olunmuşdur.Ruhun şad olsun Şəhidim.
Bəli bu gün torpaqlarmız azatdır sənin və sənin kimi qeyrətli Vətən ogularının sayəsində.Bu gün oxuduqun Xətai rayonu 165 nömrəli məktəbin müəllim kollektivivə şagirdlər fəxrlə sənin igidliyyindən, Qəhrəmanlıqından danışır.Sən çoxunun and yerinə çevrildin.Nur üzlü şəhidim..Bir zamanlar məktəbdə bayraqdar oldun,daha sona Böyük İdman Arenalarında , sonra canından çox sevdiyin Vətən torpagında öz qanınla,canınıa bayraq ucaltdın. Məktəb illərində hələ ücüncü sinifdə oxiyarkən o məsum körpə ürəyinlə müəllim    bayragı mən  götürüm,vaxt gələcək bayraq məni götürəcək demişdin.Tabutuna bükülmüş  bayraq səniqaldırdı. Böyük bir izdiham,qürur vardı.Mərdlik vardı.Səninlə atan,anan,qardaşın,bacın  və bütöv Azərbaycan fəxr edir .

Böyük Türk şairi Mithat Cemal  Kuntay  bunu necə dolgun demiş. BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ QANDIR ,TORPAQ ÜSTÜNDƏ ÖLƏN VARSA ,VƏTƏNDİR. Gənc nəsl,Yeni gələn nəsil Sübhan sən və səninlə birlikdə Vətənmizin azadlıgı ugrunda canlarını fəda edən igidlər yeni bir tarix yazıb yaddaşlarda əbədi ,daima qalacaqsınız.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun! 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.