Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsini və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş,vəzifə borcunu ləyaqət və vicdanla yerinə yetirmiş,Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin Ali Baş Komandanın əmri ilə qanı canı ilə "Dəmir Yumruq"altında Qarabağın azadlığını bizə yaşatmış minlərcə şəhidlərimiz var.Adlarını hər gün hörmət və ehtiramla andığımız şəhidlər!
O şəhidlərdən biridir ki,Azərbaycan Respublikasının yeni dövr tarixinin şanlı səhifələrini düşmən üzərində çaldığımız qələbə ilə zəfər tarixi yazıbdır.O şəhidlərdən biridir ki, 30 ilə yaxın bir dövrü əhatə edən Vətən həsrətimizə,yurd-yuva nisgilimizə son qoyulubdur.Özü ilə qanı ilə canı ilə.
Şəhidlər Qarabağı qaytarmağla bir zaman tərk edilmiş torpaqlara qayıdışın sevincini bizə yaşadanlardır.
Bu gün 44 Günlük müharibədə qanı ilə tarix yazan qəhrəmanlardan biri olan Yusubov Elzar Süleyman oğlu haqqında danışacağıq.
Şəhid
Yusubov Elzar Süleyman oğlu 1989-cu il yanvarın 9-da Gürcüstan Respublikasının Dumanisi rayonunun Qəmərli kəndində anadan olmuşdur. 1996-cı ildə Suraxanı rayonu Hövsan qəsəbəsi Ələddin Məmmədov adına 76 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2007-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademyasının Tək mübarizlik fakültəsinə qəbul olunmuşdur. 2011-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademyasını bitirmişdir. 2011-2012-ci illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2013-cü ildə Daxili İşlər Nazirliyinin tərkibində Daxili Qoşunların Xüsusi vasitələrin Tətbiqi bölməsində manqa komandiri vəzifəsində çalışmağa başlamışdır. 2019-cu il iyul ayında Daxili Qoşunlarda xidmətini başa vurmuş, elə həmin ilin oktyabr ayında Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit hazırlığı kursunun motoatıcı tağım komandiri ixtisası üzrə təhsil almışdır. 2020-ci il yanvar ayında Leytenant Zabit rütbəsi alaraq 181 saylı hərbi hissədə ön xətdə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci il oktyabrın 8-də Fizuli- Hadrut uğrunda gedən şiddətli döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra “Vətən uğrunda”, “Fizulinin işğaldan azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.2 qız övladı var
Biz Azərbaycanın Qarabağın vətənpərvər övladları olaraq,bütün şəhidlərimizin ruhu qarşısında sevgi ilə,qayğı ehtiramla baş əyirik.
Bu gün Şəhid Yusubov Elzar Süleyman oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!
Məkanı cənnət olsun!
Allahdan ailəsinə balalarına səbr versin!