azerbaycanxeberleritv.az » Manşet » FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Manşet / Hadisə / Hava / 10-11-2023, 14:08

FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

 

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Azerbaycanxeberleritv.az-a verilən məlumata görə, hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.