azerbaycanxeberleritv.az » Manşet » Ona Qarabağ Universitetində yüksək vəzifə verildi
Manşet / Gündəm / İqtisadiyyat / Sosial / 28-06-2024, 15:41

Ona Qarabağ Universitetində yüksək vəzifə verildi

 Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib.


Azerbaycanxeberleritv.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ramil Hacıyev Beynəlxalq dil mərkəzinə direktor təyin olunub.


Qeyd edək ki, R.Hacıyev Türkiyənin 19 Mayıs Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr, xarici dilin tədrisi metodologiyası ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir.


R.Hacıyev "British School", SABAH qrupları və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib. Həmçinin müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. O, London Biznes Mərkəzi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlimlərdə və ixtisasartırma proqramlarında iştirak edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.