azerbaycanxeberleritv.az » Manşet » İdmançımız Beynəlxalq Gimnastika Federasiyasının kubokunu QAZANDI
Manşet / İdman / 8-07-2024, 22:55

İdmançımız Beynəlxalq Gimnastika Federasiyasının kubokunu QAZANDI

 Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda Azərbaycan idmançısı Mixail Malkin Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokunu qazanıb.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, yarışda qızıl medal qazanan və Dünya kuboku seriyasının qalibi olan idmançımız topladığı 31.100 xalla tamblinq üzrə ən güclülərin siyahısında adını ilk pilləyə yazdırıb.



Təmsilçimizin Bakıda və Koimbrada keçirilən iki Dünya kubokunda göstərdiyi nəticələr ona Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokunun qalibi adını qazandırıb.








AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.