azerbaycanxeberleritv.az » Manşet » Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb -Qarşı tərəfin açıqlaması
Manşet / Gündəm / Sosial / Regionlar / 6-07-2023, 00:13

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb -Qarşı tərəfin açıqlaması

Bir neçə gün öncə biz sayt rəhbərlərinə Ucar rayon sakinləri tərəfindən şikayət daxil oldu.

  Şikayət Yevlax rayon Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsində əməlli başlı bazar açılıb.

Bu şikayətlə bağlı "Azerbaycanxeberleritv".az saytının baş redaktoru Jalə Əlövsətqızı Yevlax rayon üzrə xüsusi müxbiri Niyaməddin müəllimə təlimat verdi ki,bu şikayətlə bağlı qarşı tərəflə danışıqlar apararaq doğru və yalnış olmağı barəsində araşdırmalar aparılsın.

Saytımızın xüsusi müxbiri Yevlax rayon Qeydiyyat İmtahan və Texniki  Baxış şöbəsinin rəisi Cavanşir Vəliyevlə görüşərək bu məsələ ilə bağlı mühasibə götürüb.

Cavanşir Vəliyev bu şikayətin doğru olmadığını və əksinə bir ittiham olduğunu söyləyib.

Cavanşir Vəliyev açıqlamasında belə söyləyib:"Qanun Şahdır!" "Şah Qanun "deyil!

Bəli doğrudur.

Əgər biz Azərbaycan Respublikasında  yaşayırıqsa hər  bir vətəndaş kimliyindən ,vəzifəsindən asılı olmayaraq,qanunlarımıza zidd çıxmamalıdır əksinə qanuna tabe olmalıdır.

Hər birimiz bilirik ki,sürücülük vəsiqəsi almağ üçün ilk növbədə sürücülük kursunu bitirib,sürücülük kursunu bitirmək haqqında şəhadətnaməni alıb daha sonra imtahana daxil olub sualları düzgün şəkildə cavablandırıb,bir neçə gündən sonra sürücülük vəsiqəsinə sahib olmağ mümkündür.

Burda sürücülük vəsiqəsi almağ üçün hansı rüşvətdən söhbət gedir anlamıram.

Avtomobilin qeydiyyatdan keçirmək üçün vətəndaşın dediyinə görə  guya 600 manat,texniki baxış yəni avtomobillərin diaqnoztikadan keçirmək üçün kiçik motorlu  avtomobillər 100 manat yük avtomobilləru isə 200manatdır.Əlbətdəki bu ağ bir yalandır.

Dövlət idarəsində rüşvətin rolu qeyri mümkündür.Hər bir proses qayda-qanun nəyi tələb edirsə o cür həlli yolu ilə həll edilir 

Cavanşir Vəliyev müsahibəsində bildirib ki bəzi sayt rəhbərləri  mövzunu doğru və yalnış olub olmadığını araşdırmadan heç kimi günahlandırmasınlar.

Burdan üzümü tutub bəzi sayt rəhbərlərinə demək istəyirəm ki,şikayət sizə daxil olanda sonra vətəndaşı dinlədikdən və ərizəsin aldıqdan sonra dərhal qarşı tərəflə əlaqə saxlayıb şikayətin doğru və yalnışlığını öyrənmək mütləqdir.

Onuda nəzərinizə çatdırım ki,Cavanşir Vəliyev qazilərə,şəhid ailələrinə 44 günlük Vətən müharibəsindən sonra bacardığı qədər kömək edən insanlardan biridir.

Cavanşir Vəliyev Vətənini xalqını sevir.Özüdə söylədiyi kimi mən nə qədər bu vəzifədə çalışacamsa xalqıma millətimə şərəflə xidmət edəcəm,və onlara gücum çatan köməkliklərimi göstərəcəm.

Sonda Cavanşir Vəliyev bizim saytımızın başda rəhbərliyi və komandasına dərin təşəkkürünü bildirdiki biz bəzi saytlar kimi biz məsələnin doğruluğunu öyrənmədən qarşı tərəfi ittiham etmirik.

Bizim kimliyindən asılı olmayaraq haqqın qanunlarımızın yanında olduğunu bildirdi.

Bizdə Cavanşir Vəliyevə dərin təşəkkürümüzü bildiririk ki bizi şəxsən özü qəbul edərək bizə bu məsələnin araşdırmağımızda dərin köməklik etdi.

Əziz izləyicilərimiz bizim saytımızı və youtube kanalımızı izləməyi abunə olmağı bəyənməyi unutmayın.

Ən doğru xəbərlər bizdədir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.