azerbaycanxeberleritv.az » Manşet » Sabah bu rayonlarda qaz olmayacaq
Manşet / Gündəm / 1-07-2024, 23:48

Sabah bu rayonlarda qaz olmayacaq

 Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.


Bu barədə "Azerbaycanxeberleritv.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.



Bildirilib ki. “Ələt-Astara-İran” sərhədi “Yenikənd-Biləsuvar” avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə. Quliyev, İ. Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.


Həmçinin, "Qaratəpə" ölçü qovşağında quraşdırılmış "kollektordan" təbii qazla təmin edilən, diametri PE-315 mm olan "Qarayevkənd" orta təzyiqli daxili qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd, Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində (ümumi 2343 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

 




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.