Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.
"Azerbaycanxeberleritv.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb. Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.
A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.
Baş vermiş ölüm faktı prokurorluq tərəfindən araşdırılır.
Qeyd edək ki, "Stimul Hospital" Bəxtiyar adlı iş adamına məxsusdur.