azerbaycanxeberleritv.az » Manşet » Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı
Manşet / Gündəm / İdman / 3-08-2024, 12:20

Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

 Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, daxil olan şikayət əsasında həyata keçirilən tədbirlərlə özünü polis əməkdaşı kimi təqdim edən Babək rayon sakini Maqsudov Məhəmməd saxlanılıb.

Araşdırmalarla onun özünü Şahin adlı polis əməkdaşı kimi təqdim edərək müxtəlif qeyri-qanuni hərəkətlərə yol verdiyi müəyyən edilib.

M.Maqsudovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə 102 Xidməti - Zəng Mərkəzinə, habelə Naxçıvan MR Daxili İşlər Nazirliyinin (+036 545-08-03 , 545-28-96) telefon nömrələrinə məlumat verə bilərlər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.