azerbaycanxeberleritv.az » Manşet » Şirvanda ana və azyaşlı qızı binadan yıxılaraq ölüb
Manşet / Gündəm / Regionlar / 3-08-2024, 12:37

Şirvanda ana və azyaşlı qızı binadan yıxılaraq ölüb

Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, hadisə şəhərin mərkəzindəki beşmərtəbəli binada baş verib.

Belə ki, səhər saatlarında həmin binanın qarşısından ana və azyaşlı qızının meyiti tapılıb.

İlkin məlumata görə, ana və qızı binadan yıxılaraq vəfat ediblər. Onların 5-ci mərtəbədəki evə qonaq gəldikləri və oradan yıxıldıqları ehtimal olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyitlər müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.