azerbaycanxeberleritv.az » Manşet » 2022-ci ildə itkin düşmüş hərbi qulluqçu Məmmədov Fərid Əjdər oğlunun Ağdamda dəfn olundu
Manşet / Sosial / Qan yaddaşı / Regionlar / 8-08-2024, 19:46

2022-ci ildə itkin düşmüş hərbi qulluqçu Məmmədov Fərid Əjdər oğlunun Ağdamda dəfn olundu

 

 

2022-ci ildə itkin düşmüş hərbi qulluqçu Məmmədov Fərid Əjdər oğlunun Ağdamda dəfn mərasimi baş tutub
 
Azərbzycanxeberleritv.az xəbər verir: 2022-cü ildə itkin düşmüş hərbi qulluqçu Məmmədov Fərid Əjdər oğlunun Ağdamda dəfn mərasimi baş tutub. İlk öncə Ağdam Dövlət Dram Teatrının qarşısında hərbi orkestrin müşayiəti ilə vida mərasimi keçirilib. Mərasimdə hərbi qulluqçunun ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları,  hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra hərbi qulluqçu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Qeyd edək ki, Məmmədov Fərid Əjdər oğlu 23.05.2003-cü il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndində anadan olub. 03.03.2022-ci il tarixdə hərbi xidmətdə olarkən Laçın rayonunun dağlıq ərazisində itkin düşmüşdür.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.