azerbaycanxeberleritv.az » Manşet » Həyat yoldaşımla istirahətdə tanış olmuşam”
Manşet / Şou-biznes / 7-07-2023, 13:19

Həyat yoldaşımla istirahətdə tanış olmuşam”

 

Bağ, həyəti sevirəm. Uşaqlarımla birlikdə rəqs etməyi xoşlayıram. Təbiəti, xüsusi ilə dənizi çox sevirəm. Dəniz mənə xoşbəxtlik gətirir. Öz sevgimi də elə dənizdə tapdım”.

“Azerbaycanxeberleritv.az” xəbər verir ki, bu sözləri Əməkdar artist Manana Caparidze “Gül kimi şou”da deyib.

Müğənni həyat yoldaşı ilə tanışlığından danışıb: “Həyat yoldaşım Georgi ilə də dənizdə tanış olmuşam. Dənizdən soruşub dedim ki, əgər bu nağıl deyilsə, dəniz sevgisi, məhəbbəti varsa, hazıram onu qarşılamağa. 10 gün dəniz kənarında istirahət etdim və doqquzuncu gündə Georgi ilə tanış oldum”.

Qeyd edək ki, Manana və Georgi cütlüyünün iki övladı var.







AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.