azerbaycanxeberleritv.az » Regionlar » FHN: Gəncədəki süni göldə təhlükənin aradan qaldırılması üçün əlavə qüvvələr cəlb edilib
Regionlar / 22-06-2023, 17:52

FHN: Gəncədəki süni göldə təhlükənin aradan qaldırılması üçün əlavə qüvvələr cəlb edilib

 

Gəncə şəhərindəki süni göldə yaranmış təhlükənin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri cəlb edilib.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, intensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilər üçün yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.

Hazırda yaranmış təhlükənin aradan qaldırılması istiqamətində FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən göldə suyun səviyyəsinin azaldılması və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fasiləsiz olaraq davam etdirilir. 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.