azerbaycanxeberleritv.az » Sosial » Bakıda bu binalar söküləcək
Sosial / Gündəm / Cəmiyyət / 18-04-2025, 13:30

Bakıda bu binalar söküləcək

Bakıda bu binalar söküləcək


Bakının daha iki rayonu üzrə istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinə başlanılır.

"Azerbaycanxeberleritv.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri bu dəfə Sabunçu və Suraxanı rayonları üzrə həyata keçiriləcək.

Məlumata görə, Sabunçu rayonunda söküntü işləri Babək küçəsi, ev 23, M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32, Suraxanı rayonunda isə Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl Binəqədi rayonunun Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.