azerbaycanxeberleritv.az » Sosial » Sarıcalıya növbəti köç karvanı yola salındı
Sosial / Gündəm / Cəmiyyət / Bugün, 09:00

Sarıcalıya növbəti köç karvanı yola salındı

Sarıcalıya növbəti köç karvanı yola salındı

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

"Azerbaycanxeberleritv.az” xəbər verir ki, Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mərhələdə 35 ailə – 158 nəfər köçürülür.

Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.

Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Beləliklə, bu köç prosesi ilə rayonun Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.