azerbaycanxeberleritv.az » Dünya » "Rusiya Ukrayna danışıqlarında çox şey istəyir" - Vans
Dünya / Gündəm / 8-05-2025, 10:30

"Rusiya Ukrayna danışıqlarında çox şey istəyir" - Vans

"Rusiya Ukrayna danışıqlarında çox şey istəyir" - Vans


ABŞ-nin vitse-prezidenti J.D.Vens bildirib ki, Donald Tramp administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda Rusiyanın tələblərini həddindən artıq hesab edir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, o, bu barədə Vaşinqtonda Münhen sammitində çıxışı zamanı danışəb.

"Mən deməzdim ki, ruslar həll yolu tapmaqda maraqlı deyillər. Lakin hazırda onlar müəyyən güzəştlər tələb edirlər və biz onların çox şey tələb etdiklərini düşünürük", - Vans vurğulayıb.

Onun sözlərinə görə, Ağ Ev Ukraynanın 30 günlük atəşkəslə razılaşmağa hazırlığını müsbət qiymətləndirir, lakin bu təşəbbüs Rusiya tərəfində dəstək tapmayıb. Vitse-prezidentin qeyd etdiyi kimi, bu səbəbdən danışıqlarda müvəqqəti fasilənin müzakirəsi öz aktuallığını itirib. O vurğulayıb ki, Tramp administrasiyası hələ də sülh prosesində irəliləyiş gözləyir, lakin əks halda ABŞ vasitəçilikdə iştirakdan imtina edə bilər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.