ABŞ Suriyada mövcud olan hərbi varlığını azaldır.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə “Nyu-York Tayms” nəşri hərbi mənbələrinə istinadən yazıb.
Məlumata görə, ABŞ Suriyadakı 2 min hərbçisinin sayını 1400-ə endirəcək və 3 əməliyyat bazasını bağlayacaq.
Sonrakı mərhələdə digər hərbçilərin çıxarılıb-çıxarılmayacağına iki ay sonra qərar veriləcək.
Mənbələr nəşrə bildirib ki, Suriyada ən azı 500 amerikalı hərbçinin saxlanılması planları da var.
Tramp ilk hakimiyyəti dövründə də Suriyadakı hərbi qüvvələri çıxarmaq istəyirdi, lakin Pentaqon həmin vaxt buna qarşı çıxdı. Məlumata görə, Pentaqon və CENTCOM (Mərkəzi Komandanlıq) bu dəfə Trampın qərarını dəstəkləyib.
İsrail mediası da daha öncə ABŞ-ın Suriyadakı hərbi qüvvələrini iki ay ərzində mərhələli şəkildə çıxaracağını yazmışdı.