azerbaycanxeberleritv.az » Gündəm » Safrastyan: “Azərbaycan birləşsə, Ermənistan ayaq altında qalacaq”
Gündəm / Dünya / Bugün, 12:29

Safrastyan: “Azərbaycan birləşsə, Ermənistan ayaq altında qalacaq”

Safrastyan: “Azərbaycan birləşsə, Ermənistan ayaq altında qalacaq”


İran-İsrail savaşı fonunda ciddi narahat olanların başında Ermənistan gəlir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, erməni ekspertlər Azərbaycanın vəziyyətdən istifadə edərək, Ermənistana hücum edə biləcəyi nağılları uydururlar.

Türkoloq Ruben Safrastyan isə bir qədər də irəli gedərək, başqa bir mətləbdən danışıb. O iddia edib ki, əgər İranda iğtişaşlar başlasa, Türkiyə Güney Azərbaycanı qoparıb, Azərbaycana birləşdirməyə çalışacaq.

Onun sözlərinə görə, bu baş verərsə, çox böyük bir Azərbaycan dövləti yaranmış olacaq. “Böyük Azərbaycanın mövcudluğu Ermənistanın məhvi deməkdir. Biz onların ayaqları altında qalacağıq”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.