azerbaycanxeberleritv.az » Gündəm » Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Doqquzuncu hissə
Gündəm / Mədəniyyət / Dün, 18:35

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Doqquzuncu hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) -  Doqquzuncu  hissə

Nizami TƏHMƏZOV

XALİDƏ HİCRAN
(Roman)
Doqquzuncu hissə

Hissə - 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8

Sonra Nurəddin müəllim içində pul olan zərfi Xalidəyə uzatdı:
-Buyur, hörmətli rəssam qiz, Rayon Partiya Komitəsinin və Rayon Xalq Maarif Şöbəsinin adından səni təbrik edir və daha mohtəşəm uğurlar arzulayıram. Sağlıqla xərcləyəsiniz.
Sonra o qovluqdan bir sənəd çıxarıb göstərdi.:
-Bu isə mənim sənə ikinci sürprizimdir. Fəxri Fərmandır. Rayon Xalq Maarif Şöbəsi səni dərs əlaçısı və nümunəvi şagird kimi Fəxri Fərmanla təltif edib. Müdirimizin adından səni ürəkdən tebrik edir, gələcək təhsilinizdə və yaradıcılığınızda daha böyük uğurlar arzulayıram.
Sevinc sevincə qarışmışdı, Evdəkilərin hamısı bir-bir Xalidəni təbrik edir, ürək sözlərini deyirdilər. Xanım dedi:
-Sağ ol, qızım. Allah həmişə üzünü ağ eləsin. Atan dediyi sözü mən indi başa düşdüm ki, övlad sevincinin dadını duymaq ayrı şeymiş...
Məhəmməd müəllim qızının yanına gəlib əlini onun çiyninə qoydu:
-Sən də ürək sözünü de, qızım. Bu gün, bu əziz tarıxı gündə sənin də deməyə sözün olmalıdır.
-Hə,əlbəttə, ata, - deyə Xalidə aramla danışmağa başladı. – İllər ötür,zaman dəyişir, ömür keçir, insan çevrilib arxaya baxanda özünə hesabat verir, mən ötən bu illər ərzində nə iş görmüşəm? Ən dəhşətlisi odur ki, keçirdiyin bu illər üçün acı təəssüf hissləri yaşayasan... Allah bunu heç bir ağıllı adama göstərməsin. Həyatın ən gözəl tərəfi insanın özünü tanımasıdır. Özünü tanıyan, həyatı derk edən hər kəs gələcəyi üçün məsuliyyət daşıdığının fərqində olmalıdır. Mən uğur hesab edilən bu gün üçün yalnız valideynlərimə və müəllimlərimə minnətdaram. Bir də gələcəyi sevən, istedada, biliyə, bacarığa qiymət verən, daha yüksək amallar uğrunda mübarizəyə ruhlandıran , bunun üçün hər cür şərait yaradan dövlətimizə, rayonumuzun diqqətli rəhbərlərinə təşəkkür edirəm.Əgər rəssamın karandaşı, rəngli boyaları,kağızı, kətanı, fırçası yoxdursa, o, heç nə edə bilməz. Heç nəyə nail ola bilməz. Bu gün rayonumuzun uzaqgörən rəhbərliyi mənimlə müqavilə bağlamaq üçün şərait yaradır, köməklik göstərir, öz istedadlı gənclərinə vaxtında sahib çıxır. Mən Maarif Şöbəsinin simsında bunun mənə qarşı, istedadlı gəmclərə qarşı göstərdiyi diqqət və qayğısının tzahürü hüsab edirəm. Şəxsən Sizə, hörmətli Nurəddin müəllim, əziyyət çəkdiyiizə görə çox dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Xalidənin ürəkdən dediyi sözlər hamının xoşuna gəldi.Məhəmməd müəllim əl çala-çala dedi:
-Bu gün bizim Nurəddin müəllimlə görüşümüz rəsmi iclasları xatırlatsa da səmimidir, gözəldir. Bizim üçün çox əziz, sevincli bir gündür. Az vaxtdan sonra Xalidə orta məktəbi bitirəcək, öz arzusunun, istəyinin ardınca gedəcək Düşünürəm ki, bu gün bizim şənlənməyə, deyib-gülməyə daha çox haqqımız var. Əgər hörmətli dostum Nurəddin müəllim etiraz etmirsə, məktəbin direktorunu, onun müavinini də dəvət edərdik.Xalidənin üstündə onların böyük əməyi var.
-Bəli,bəli, əlbəttə, mənim onların hər ikisinə böyük hörmətim var, - deyə Nurəddin müəllim dərhal razılaşdı. – İkisi də ləyqətli insanlardır. Onlarla bir süfrə arxsında oturmaq çox xoşdur.
Məhəmməd müəllim məktəb direktoru ilə danışandan sonra xoş əhval-ruhiyyə ilə dedi:
-Bu gün bizim ən əziz və unudulmaz bir günümüzdür. Kimin ürək sözü varsa deyə bilər.Mənə elə gəlir ki, əvvəlcə Həmidə danışsa daha yaxşı olar. Axı o, Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin tələbəsi, gələcəyin ədəbiyyat müəllimidir.
-Daha deyin ki, bizim adamdır. – deyə Nurəddin müəllim fərəhlə dilləndi.- İnşallah, qurtarar, sonra baxarıq.
Məhəmməd müəllim minnətdarlıqla dedi:
-Çox sağ olun, Nurəddin müəllim. Biz onsuz da Sizi incidirik.
-Vallah, rayon rəhbərliyi, şəxsən birinci karibin özü sənin haqqında o qədər yüksək fikirdədir ki, mən bir dost kimi bundan çox qürurlanıram.Bu rayonda üzdə olanların hamısı bir-birini yaxşı tanıyır. Sizi də tanıyırlar, vaxtı ilə Sizi şərləyən, böhtan atanları da...
Məhəmməd müəllim dərindən köks ötürdü:
-Sağ ol, Nurəddin, - dedi, - Səndən, haminizdan çəx razıyam. Elə Xalidəyə göstərdiyiniz diqqət mənə ən böyük hörmətdir. Sağ olun.
Nurəddin müəllim etiraz etdi:
-Gəlin Xalidə qızımızın zəhmətinin üstünə kölgə salmayaq,- dedi, - Sənə böyük hörmətimiz var, öz yerində, Amma bu, Xalidənin öz halal zəhmətinin bəhrəsidir.Hətta komissiyanın üzvü və rayonumuzun baş rəssaml dedi ki, bu adi, elə-belə bir plakat deyil, əsil sənət əsəridir.Halal olsun o qıza.
Hamı iftixarla Xalidəyə baxdı.O. utandığından qızarmışdı. Nəsə demək istəsə də sözlər boğazında ilişib qaldı. Məhəmməd müəllim dedi:
-Ona görə də mən qızımla fəxr edrəm. Bu məni daha çox sevindirdi.- Sonra əlini Həmidəyə tərəf uzatdı, - Buyur, qızım, sən də öz ürək sözlərini de.
Həmidə ayğa durdu, avvəl Xalidəyə, sonraa isə atasına baxıb dedi:
-Mən hər şeydən əvvəl ata-anama minnətdaram. Onlar bizi düzgün tərbiyə edib, təhsilimizə böyük diqqət ayırıblar. Kənd yerində insanların qzancı alın təri ilə çıxır.Tərləmədən adam yaşaya blməz. Gözümüzü açıb belə görmüşük. Biz kimlərdənsə fərqli həyat tərzi yaşamırıq. Sadəcə bizim valideynlərimiz bizim oxmağımıza vaxt ayırır, şərait yaradır.Bizim evdəki kitabları kim oxuyub qurtarsa, institutu qurtaranlardan bəlkə də çox bilər. Xalidənin ən böyük üstünlüyü bax, bu kitabların hamısını oxumaq gücündə va bacarığındadır.Odur ki, bu gün bəhrəsini görür.Mən tam innıram ki, o istədiyi arzusuna çatacaq. Ona uğurlar arzulayır, “Yolun açıq olsun” deyirəm.
Həmin günü Nağıyevlər ailəsində böyük şənlik oldu. Eşidib bilən qohum – qonşulardan da gələnlər oldu.Hər kəsin ürəyi dolu idi. Hər kəs danışmaq istəyirdi. Amma ən çox yadda qalan məktəb direktorunun çıxışı idi.
-Bizim məktəbimizi çox insanlar bitirib. Elə il olmaz ki, məzunlarımızdan respublikamızın ali və orta ixtisas məktəblərinə yüksək qiymətlərlə qəbul olunmsın. Biz bu insanlrın həmişə xoş səs-sorağını eşidirik. Amma Xalidə məktəbimizin tarixində bəlkə də birinci şagirddir ki, öz bilik və bcarığı, fitri istedadı, savadı, nitqi ilə rayon rəhbərliyinin diqqətini cəlb edir. Çəkdiyi rəsmlər respublika qəzetlərində çap olunur. Bu bizim fəxrlmlzdir. Yalnız məktəbimizin yox, eyni zamanda rayonumuzun fəxridir. Mən bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, müşhidələrimə görə o, rəssamlıqla yanaşı şeirə, poeziyaya da böyük maraq göstərir.Bəlkə də onun bu maraq və istəyi hələlik rəssamlığa olan marağının, sevgisinin, məhəbbətinin alt qatında yerləşir. Amma mən qəti şəkildə inanıram ki, vaxt gələcək, özü də bu tezliklə baş verəcək, Xalidənin gözəl şirlər yazacağının şahidi olacağıq. Mən çox istərdim ki, bu sözlərim Xalidənin yadından çıxmasın və əbədi olarq yaddaşına həkk olunsun. Çünki o, sadəcə adi bir rəssam deyil, hərtərəfli olduqca fitri istedadlı bir gəncdir....
Otağın açıq pəncərəsindən süzülüb gecənin dərinliklərinə qədər gedən şən gülüş səsləri insanlarda xoş ovqat yaradır,yaşamaq eşqini artırır və sanki yeni, xöşbəxt bir gələcəyə səsləyirdi. Və həmin açıq pəncərədən gecənin zil qaranlığını nura boyayan elektrik lampasının işığı yalnız sübh tezdən üfüqdən boylanan Günəşin al şəfəqləri içərisində əriyib yox olurdu...

***
O, gedirdi. Yavaş-yavaş, ağır addımlarla gedirdi. Getdikcə ətrafa baxır, uşaqlıq illərinin yadigarı olan bu əziz və doğma yerlərin ağırlığını sanki çiyinlərində daşıyırmış kimi dərindən nəfəs alır, dayanır, ətrafa baxır və sonra da davam edirdi.Burda görünən hər şey onun üçün əziz idi, hər şey. Dağlar, qayalar, otlar, çəmənlər... Arpaçayı da, təmkinli babalar kimi böyrünü yerə qoyub mürgü vuran Ağrı dağı da, qayğısız- qayğısız göydə uçan quşlar da...
O,bu gün vidalaşmağa gəlmişdi. Bəzən şirin, bəzən acı xatirələriin şahidinə çevrilmiş bu doğma, bu əziz yerlərdən ayrılmaq onun üçün çox çətin idi. Lap çox. O. həyatının, ömrünün bir daha heç vaxt geri qaytarılmaycaq arxada qaldığının ağırlığını düşündükcə gövrəlir, dərin, mənalı gözləri bulud kimi dolurdu. Sanki illərdən bəri səmimiyyətinə, sevgisinə, məhəbbətinə öyrənmiş, mehr salmış təbiət də , başı üzırində qara buludlar hərlənən Ağrı dağı da, salxım söyüdlü Arpaçayı da onun həmişəlik getdiyini sanki hiss etmiş, ağlayır, sızlayırdılar...Bu yerlərı varlığı qədər sevən Xalidənin beyni sanki dumanlanmışdı.
Dayandı. Gözlərini yumub əllərilə qulaqlarını tutdu. Sanki Yer- Göy titrəyir, təbiət ağlayırdı.Hardansa uzaqlardan, Göyün titrədiyi, təbiətin ağladığı yerdən gələn bu səs sanki onun qəlbinə təpər, gözlərinə işıq, ruhuna qüvvət gətirirdi. Bədənində ruh olmayanda insan ölü kimi olur. Quru müqəvvaya, bioloji varlığa çevrilir. Bu sehrli, möcüzəli səsin təsirindən dinə, imna gələn Xalidə gülümsündü.İşıqlı, nurlu çöhrəsində təbəssüm oynadı. Sevindi, Qəlbinə qüvvət, gözlərinə işıq, cisminə ruh gətirən o sehrli, möcüzəli səs sanki pıçıldayırdı:
-Əlvida..
Qəddini düzəldib başı üzərində hərlənən qara buludları qovan Ağrı dağı da sanki aram-aram, təmkinlə pıçıldayırdı:
-Əl-vi-da...
İlan kimi qıvrıla-qıvrıla axan, gah kükrəyib coşan, gah da sakit-sakit zümzümə edən Arpaçayı da pıçıldayırdı:
-Əlvida, Xalidə.
Yaşıl otlar, salxım söyüdlər,arıların pişvazına çıxan ətirli güllər, çiçəklər, burda olan hər şey,her şey sanki bir səslə pıçıldayırdı:
-Əlvida, Xalidə...
İlk gəlişi ilə vurğunu olduğu , qəlbində sonsuz sevgi və məhəbbət bəslədiyi bu gözəl və əziz yerlərdən ayrılmaq onun üçün nə qədər çətin olsa da, uzun illərdən bəri qəlbində bəslədiyi müqəddəs arzularının ardınca getdiyini düşündükcə duyğulanır, qəribə hisslər keçirir, sevinir, yavaş-yavaş bu yerlərlə görüşüb ayrilirdi...
-Əlvida, Ağrı dağı...Əlvida Arpaçayı...
-Əlvida,Araz...Əlvida Fərhad bəndi...
-Əlvida, ey mənim uşaqlıq illərimin hər ağrı-acısına dözən, şirininə, sevincinə sevinən bu yerlər, bu çöllər... otlar, yollar, cığırlar,güllər, çiçəklər....Mən sizin ətriniz, nəfəsiniz, ruhunuzla böyüdüm. Siz mənə həmişə dayaq, kömək olduuz...Mən sizi heç vaxt unutmaram. Heç vaxt...Hara getsəm, harda olsam, lap elə dünyanın o başına , lap elə Yerlə Göyün birləşdiyi yerə getsəm də yenə sizi xatırlayacaq,görüşünüzə gələcəyəm.. Mütləq gələcəyəm.
Əlvida ey mənim əziz dostlarım.Əlvida, Yeni görüşlərədək...
O, gedir, gedirdi... Gedib gözdən itəndə axırıncı dəfə çevrilib arxaya baxdı:
Yönü bəri baxan dağlar,
Dağlar, səndə nəyim qaldı?..

***

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.