azerbaycanxeberleritv.az » Manşet » Ermənilərin yeni qorxusu: “Güneydəki azərbaycanlılar Zəngəzura axışacaq”
Manşet / Dünya / Cəmiyyət / Bugün, 17:00

Ermənilərin yeni qorxusu: “Güneydəki azərbaycanlılar Zəngəzura axışacaq”

Ermənilərin yeni qorxusu: “Güneydəki azərbaycanlılar Zəngəzura axışacaq”

İsrailin İrana raket və aviasiya zərbələri endirməsi fonunda bu ölkədən əhalinin qaçacağı barədə xeyli rəylər mövcuddur.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, Türkiyənin dünən sərhəddi bağlaması və xeyli sayda adamın keçid edə bilməməsi bunun əyani sübutu kimi təqdim edilir.

Ermənistanda isə başqa bir qorxu baş qaldırıb. Məsələ ondan ibarətdir ki, onlar İrandan Ermənistana çoxlu sayda azərbaycanlı gələcəyindən əndişləniblər. Erməni nəşrləri yazırlar ki, İranda xaos başlasa, minlərlə azərbaycandilli qaçqın Zəngəzura axışa bilər. “Diqqətli olmalıyıq”.

Bəzi qəzetlər isə iddia edirlər ki, guya, Azərbaycan İrandan köçmüş azərbaycanlıların əli ilə həmin bölgəyə hakim kəsilməyə çalışacaq. Onların yazmasına görə, həmin azərbaycanlılar Zəngəzuru tərk etməyəcək və Azərbaycanın dəstəyi ilə orada qalacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.