azerbaycanxeberleritv.az » Manşet » ABŞ-ın sahil şəhərləri 2050-ci ilə qədər su altında qala bilər
Manşet / Dünya / Bugün, 12:30

ABŞ-ın sahil şəhərləri 2050-ci ilə qədər su altında qala bilər

ABŞ-ın sahil şəhərləri 2050-ci ilə qədər su altında qala bilər

ABŞ-ın bir çox sahil əraziləri, o cümlədən Florida və Nyu-York ştatları 2050-ci ilə qədər su altında qala bilər.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri qeyri-kommersiya təşkilatı olan "Climate Central"ın məlumatlarına istinadən yazıb.

Məqalədə bildirilir: "Onların yeni interaktiv xəritəsi ABŞ sahil şəhərləri üçün qaranlıq ssenarini göstərir. Gözlənilir ki, bu şəhərlərin bir çoxu 2050-ci ilə qədər suyun altında qalacaq".

Alimlərin proqnozuna əsasən, Nyu-York və Florida ilə yanaşı, Luiziana və Corciya ştatlarını da su basma təhlükəsi gözləyir. Bundan əlavə, bu qlobal fəlakət Florida ştatındakı Evergleyds bataqlığı və ya Azadlıq heykəlinin yerləşdiyi Nyu-Yorkdakı Liberti adası kimi məşhur məkanlara da təsir edə bilər.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.