azerbaycanxeberleritv.az » Manşet » İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi
Manşet / Cəmiyyət / Gündəm / Bugün, 17:30

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub.

Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.