azerbaycanxeberleritv.az » Gündəm » "Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə
Gündəm / Hadisə / Cəmiyyət / 19-04-2025, 09:30

"Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə

"Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə


Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

"Azerbaycanxeberleritv.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasim zamanı zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb qida məhsulları olub.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.