azerbaycanxeberleritv.az » Gündəm » Gürcüstan Azərbaycandan kömək istədi
Gündəm / İqtisadiyyat / Siyasət / 19-04-2025, 17:30

Gürcüstan Azərbaycandan kömək istədi

Gürcüstan Azərbaycandan kömək istədi


Gürcüstanın paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionlarda bu gün yenidən elektrik enerjisi kəsilib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, buna səbəb Kavkasioni elektrik ötürücü xəttində qəzanın baş verməsidir.

“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerji sistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.

Xatırladaq ki, bir neçə gün öncə də Gürcüstan qaranlığa qərq olmuşdu. Genişmiqyaslı qəza nəticəsində Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq kəsilmişdi.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.