Türkiyədə demoqrafik problem yetişməkdədir.
"Azerbaycanxeberleritv.az" “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Sosial Xidmətlər və Ailə naziri Mahinur Özdemir Göktaş bildirib.
Onun sözlərinə görə, Türkiyədə doğum nisbətinin azalması həyəcanverici xarakter almağa başlayıb. Nazirin sözlərinə görə, ölkədə demoqrafik vəziyyət elədir ki, əhalinin yenilənməsi ehtimalı sadəcə olaraq yoxdur, bu isə o deməkdir ki, Türkiyə əhalisi qocalmağa başlayır. Nazir Göktaşın sözlərinə görə, səbəblər istehsaldan tutmuş məşğulluq və səhiyyəyə qədər çoxlu saydadır. Türkiyəli nazir həyəcan təbili çalır ki, belə davam edərsə, o qədər də uzaq olmayan gələcəkdə hərbi xidmətə çağırış üçün gənclərin sayı artmayacaq.
Hazırda Türkiyədə 65 yaşdan yuxarı insanlar əhalinin 10 faizindən çoxunu təşkil edir. 2014-cü ilin məlumatlarına görə, Türkiyə əhalisinin 25,5 faizini və ya 21,8 milyon nəfərini 17 yaşdan kiçik uşaq və yeniyetmələr təşkil edir.