azerbaycanxeberleritv.az » Gündəm » Sabah 27 dərəcə isti olacaq
Gündəm / Hava / 21-04-2025, 17:00

Sabah 27 dərəcə isti olacaq

Sabah 27 dərəcə isti olacaq


Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Azerbaycanxeberleritv.az"a verilən məlumata görə, səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 10-13, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.