azerbaycanxeberleritv.az » Gündəm » İlham Əliyev Pekində Sonq Hailianq ilə görüşdü - FOTO
Gündəm / Siyasət / 24-04-2025, 10:30

İlham Əliyev Pekində Sonq Hailianq ilə görüşdü - FOTO

İlham Əliyev Pekində Sonq Hailianq ilə görüşdü - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşüb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, görüşdə “China Energy Engineering Corporation Limited” şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda Günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.

Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi.

Dövlətimizin başçısı “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu.

Söhbət zamanı uzunmüddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.

Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, fəaliyyət dairəsinə bərpaolunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50 faizinə nəzarət edir.

İlham Əliyev Pekində Sonq Hailianq ilə görüşdü - FOTO

İlham Əliyev Pekində Sonq Hailianq ilə görüşdü - FOTO

İlham Əliyev Pekində Sonq Hailianq ilə görüşdü - FOTO

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.