azerbaycanxeberleritv.az » Gündəm » Paşinyan Azərbaycan bayrağının yandırılmasını pislədi
Gündəm / Dünya / Hadisə / Cəmiyyət / 24-04-2025, 12:30

Paşinyan Azərbaycan bayrağının yandırılmasını pislədi

Paşinyan Azərbaycan bayrağının yandırılmasını pislədi


Xəbər verdiyimiz kimi, dünən İrəvanın Respublika meydanında ermənilər növbəti dəfə barbarlıqlarını nümayiş etdirərək Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan açıqlama yayıb.

Baş nazirin mətbuat katibi məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılması ilə bağlı baş nazir Nikol Paşinyanın münasibətini çatdırıb: "Baş nazir Paşinyan bu praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı tərəfindən başqa cür yanaşmaq olmaz. Bu, təxribatçı və təhrikedici bir təcrübədir".


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.