“Azərbaycan və İran eyni bədənin hissələridir”.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, hər iki xalq arasında tarixi bağlar var. “Sərhədin hər iki tərəfindəki xalqların bir-biri ilə geniş qarşılıqlı maraqları var ki, bu da minillikləri əhatə edən dərin maraq və dostluq təməllərinə söykənir”.
– “İki ölkə və iki xalq arasında qarşılıqlı əlaqələrin sahələri və imkanları çox geniş, dərin və rəngarəngdir. Onlar arasında mövcud münasibətlərin bərpası prosesinin davam etməsi ilə biz bu inkişafın qısa müddətdə və ciddi şəkildə yaxşılaşdığının şahidi olacağıq”.