"Səhiyyə naziri Teymur Musayevlə söhbətdən belə bəlli oldu ki, estetik cərrahiyyə ilə bağlı ciddi problemlərin olduğuna görə, onların monitorinqini ilk mərhələyə saldılar".
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, gələcəkdə ölkədə bütün ixtisaslar üzrə belə monitorinqlərin aparılması nəzərdə tutulub:
"Əminəm ki, stomatologiya sahəsində də monotorinq aparılacaq. Stomatoloji xidmətlər kifayət qədər vacibdir və insanların ən çox müraciət etdiyi sahədir. Bu sahədə də peşəkar mütəxəssislərin olması vacibdir".