azerbaycanxeberleritv.az » Gündəm » Napoleonun qılıncı hərraca çıxarılır
Gündəm / Dünya / Cəmiyyət / 26-04-2025, 13:00

Napoleonun qılıncı hərraca çıxarılır

Napoleonun qılıncı hərraca çıxarılır


Fransa imperatoru I Napoleonun (1769-1821) qılıncı hərraca çıxarılacaq.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə satışın təşkil olunacağı "Drouot" hərrac evinin məlumatında bildirilib.

Məlumata görə, Napoleon həmin qılıncı hakimiyyətinin əvvəlindən sonuna kimi saxlayıb. O, 1802-ci ildə Fransa Respublikasının Birinci Konsulu olduqda, Versal manufakturasının rəhbəri Nikolas-Noel Boutetdən şəxsi istifadə üçün qılınc sifariş edib. Napoleon yalnız taxtdan imtina etdikdən sonra qılıncını ən yaxın silahdaşlarından birinə - marşal Emmanuel de Qruşiyə verib.

“Silah 1815-ci ildən marşalın övladlarında saxlanılır və ilk dəfə açıq hərraca çıxarılacaq”, - hərrac evindən bildirilib.

Qeyd edilir ki, hərraca çıxarılanla eyni olan ikinci qılınc Rusiyada, Sankt-Peterburq Ermitaj Muzeyinin kolleksiyasındadır.

Mütəxəssislər onun dəyərini 700 min avro ilə 1 milyon avro arasında qiymətləndirirlər.

Hərrac mayın 22-də Parisdəki “H tel Drouot” mehmanxanasında keçiriləcək.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.