azerbaycanxeberleritv.az » Gündəm » Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
Gündəm / Dünya / 28-04-2025, 10:00

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama


ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Vatikanda keçirilən görüşdə üçüncü stul tərcüməçi üçün nəzərdə tutulub.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti Fransadakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

“O tərcüməçi üçün nəzərdə tutulmuşdu, lakin sonda görüş formatı təkbətək görüşə çevrildi”, - deyə məlumatda qeyd edilir.

Əlavə edilib ki, Trampın Zelenski ilə söhbətinə Fransa prezidenti Emmanuel Makron kömək edib.Məlumata görə, Fransa lideri ukraynalı həmkarını Ağ Evin rəhbəri ilə şəxsən görüşməyə təşviq edib.

Qeyd edək ki, Vatikanda keçirilən görüş zamanı üçüncü stulun Makron üçün qoyulduğu, lakin Trampın Fransa prezidentinə görüşdə iştirakına icazə vermədiyi bildirilirdi.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.