azerbaycanxeberleritv.az » Gündəm » İran limanındakı partlayışlarda 1200 nəfər yaralanıb
Gündəm / Hadisə / Dünya / 28-04-2025, 10:30

İran limanındakı partlayışlarda 1200 nəfər yaralanıb

İran limanındakı partlayışlarda 1200 nəfər yaralanıb


İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlarda yaralananların sayı 1200-ə çatıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Müctəba Xalidi açıqlayıb.

Onun sözlərinə görə, Qızıl Ayparanın 50 əməliyyat qrupu partlayışlar baş verən yerdədir və komandalar Fars, Buşəhr, Kirman, Sistan və Bəlucistan əyalətlərində də hazır vəziyyətdədir.

Hörmüzqan qubernatoru Məhəmməd Aşuri dünənki açıqlamasında ölənlərin sayının 40-a çatdığını deyib.

Qeyd edək ki, partlayışdan iki gün keçməsinə baxmayaraq, İranın Yayım Korporasiyası (IRCC) yanğının hələ də davam etdiyini bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.