Rusiya prezidenti Vladimir Putinin II Dünya Müharibəsindəki Qələbənin 80-ci ildönümü ilə bağlı elan etdiyi atəşkəs hərbi parad zamanı Rusiyaya “sükut”u təmin etmək məqsədi daşıyan daha bir manipulyasiya cəhdidir”.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Biz paradları yox, insanların həyatını qiymətləndiririk. Ona görə də inanırıq ki, – dünya inanır – 8 Mayı gözləməyə əsas yoxdur. Və atəş bir neçə gün dayanmamalıdır ki, onlar daha sonra yenidən öldürə bilsinlər”, – Zelenski Ukrayna sakinlərinə müraciətində deyib.
Ukrayna lideri bir neçə günlük atəşkəs əvəzinə ən azı 30 gün müddətinə “dərhal, tam və qeyd-şərtsiz atəşkəs” tələb edib.
O, həmçinin xatırladıb ki, ABŞ sülh danışıqlarının bir hissəsi kimi hələ mart ayında hərbi əməliyyatları bir ay dayandırmağı təklif edib və Kiyev buna razılıq verib.
Öz növbəsində Ağ Ev bildirib ki, ABŞ prezidenti Donald Tramp da müvəqqəti atəşkəs deyil, daimi atəşkəs görmək istəyir. Ağ Evin mətbuat katibi Caroline Levitt deyib ki, davam edən döyüşlər Trampı çox məyus edir.
Bundan əvvəl Kreml faşizm üzərində Qələbənin 80 illiyi şərəfinə birtərəfli atəşkəs elan edib. Vladimir Putin bəyan edib ki, atəşkəs mayın 8-i gecə yarısından mayın 11-i gecə yarısına qədər qüvvədə olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı Putinin “xoş niyyətinin təzahürü” adlandırıb. Eyni zamanda, Kreml atəşkəsin pozulması halında Ukrayna tərəfinə “adekvat və təsirli cavab” veriləcəyini vurğulayıb.