azerbaycanxeberleritv.az » Gündəm » ABŞ-də açıq-saçıq cinsi məzmunlu deepfakes paylaşmaq cinayət hesab olunacaq
Gündəm / Dünya / Cəmiyyət / Bugün, 15:00

ABŞ-də açıq-saçıq cinsi məzmunlu deepfakes paylaşmaq cinayət hesab olunacaq

ABŞ-də açıq-saçıq cinsi məzmunlu deepfakes paylaşmaq cinayət hesab olunacaq


ABŞ Konqresinin Nümayəndələr Palatası bir şəxsin razılığı olmadan “deepfake” cinsi məzmunlu şəkillərin paylaşılmasını cinayət hesab edən qanun layihəsini qəbul edib.

"Azerbaycanxeberleritv.az" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası seksual xarakter daşıyan “deepfake” şəkillərin internetdə paylaşılmasını federal cinayət hesab edən qanun layihəsini qəbul edib.

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melani Trampın da dəstəklədiyi qanun layihəsi parlamentdən 409 “hə” qarşı 2 “xeyr” səsi ilə keçib.

Qanun layihəsi, süni intellektdən istifadə edərək yaradılmış şəxsin razılığı olmadan seksual məzmunlu dərin saxta şəkillərin onlayn paylaşılmasını federal cinayət hesab edəcək.

Bundan əlavə, sosial media platformaları və internet saytları qurbanların tələbi ilə bu cür şəkilləri 48 saat ərzində silməlidirlər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.