azerbaycanxeberleritv.az » Gündəm » 55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Dün, 15:30

55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu

55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən 5 tender müsabiqəsinin qalibi məlum olub.

"Azerbaycanxeberleritv.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibi “Construction Business Group” MMC (VÖEN – 1404804151) olub.

“Construction Business Group” MMC nazirliyin sifarişi əsasında aşağıda qeyd olunan işləri həyata keçirəcək və qarşılığında 1 milyon 544 min 47 manat 54 qəpik alacaq:

1. Kəngərli rayonu, Qıvraq qəsəbəsi, Heydər Əliyev prospekti, 9 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmiri – 357 351,17 manat;

2. Ordubad şəhəri, Heydər Əliyev Prospekti 28 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmiri – 397 547,76 manat;

3. Babək şəhəri, 20 Yanvar küçəsi 37 ünvanında yerləşən Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmiri – 376 215,8 manat;

4. Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə, 3 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmiri – 238 029,3 manat;

5. Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanında yerləşən Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmiri – 175 903,51 manat.

Qeyd edək ki, 2019-cu ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 1 120 manat olan “Construction Business Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov 3 MKR, ev 9, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Elmir Vaqif oğludur.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1,5 milyon manatlıq 5 tender müsabiqəsində qalib olan “Construction Business Group” MMC-nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən 55 min 428 manat 93 qəpik vergi borcu var.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tender müsabiqəsi ilə bağlı sənəd qəbulunu bu ilin mart ayında keçirib.

“Construction Business Group” MMC-nin mart ayında vergi borcu olmayıbsa, o zaman 55,4 min manatlıq borc son bir ay ərzində yaranıb.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.