Estoniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bəzi açıqlamalar verib.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, o, Azərbaycanla sülh danışıqları məsələsinə toxunub.
Baş nazir deyib ki, danışıqlar prosesi artıq başa çatıb və sülh müqaviləsi hazırdır. Onun sözlərinə görə, Ermənistan faktiki sənədi imzalamağa hazırdır.
Bundan başqa Paşinyan sülhdən imtina etməyəcəklərini də deyib: “Bilin ki, sülh yolundan azmışıq deyə, hardansa məlumat alsanız, yalandır”.