azerbaycanxeberleritv.az » Gündəm » Estoniya ukraynalı qaçqınların vətənə qayıtmasını tələb edir
Gündəm / Dünya / 8-05-2025, 11:30

Estoniya ukraynalı qaçqınların vətənə qayıtmasını tələb edir

Estoniya ukraynalı qaçqınların vətənə qayıtmasını tələb edir

Estoniya hakimiyyətİ ukraynalı qaçqınları Ukraynaya geri göndərməlidir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Estoniya Mühafizəkar Xalq Partiyasının (EKRE) rəhbəri Martin Helme deyib.

"Niyə biz qaçqınları Ukraynaya göndərmirik, əksinə özümüzünküləri göndəririk?" – deyə o, Estoniyanın baş naziri Kristen Mixalın Ukraynaya qoşun yeritməyə hazır olması barədə sözlərini şərh edərkən vurğulayıb.

Helmenin sözlərinə görə, Estoniyada Ukrayna ordusunda hərbi xidmətdən yayınan 10 min Ukrayna vətəndaşı var.

Bundan əvvəl Mixal Estoniya hakimiyyətinin "istəklilər koalisiyasına" qoşulmağa və Ukraynaya əsgər göndərməyə hazır olduğunu söyləmişdi. Onun fikrincə, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi bütün Avropa dövlətləri üçün Rusiya Federasiyasına qarşı ən yaxşı strateji təminatdır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.