azerbaycanxeberleritv.az » Gündəm » Tramp bu şərtlə Fələstini tanıya bilər
Gündəm / Dünya / Dün, 13:30

Tramp bu şərtlə Fələstini tanıya bilər

Tramp bu şərtlə Fələstini tanıya bilər


ABŞ HƏMAS hərəkatının iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı mümkün qərar verə bilər.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Amerikanın “The Media Line” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Ər-Riyadda keçiriləcək sammit zamanı Fələstinin tanınması imkanını nəzərdən keçirir.

“Prezident Donald Tramp Fələstin dövləti məsələsi və onun ABŞ tərəfindən tanınması, o cümlədən HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı qərarı elan edəcək”, - məqalədə deyilir.

Bildirilir ki, belə bir qərar HƏMAS-ın yeni dövlətin idarə olunmasında iştirak etməyəcəyi şərti ilə müşayiət olunacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.