azerbaycanxeberleritv.az » Gündəm » Xarici ölkə vətəndaşlığını qəbul edənlər əsgərliyə çağırılır? - AÇIQLAMA
Gündəm / Cəmiyyət / Bugün, 10:30

Xarici ölkə vətəndaşlığını qəbul edənlər əsgərliyə çağırılır? - AÇIQLAMA

Xarici ölkə vətəndaşlığını qəbul edənlər əsgərliyə çağırılır?  - AÇIQLAMA

Son dövrlərdə sosial mediada xarici vətəndaşlıq qəbul etmiş şəxslərin Azərbaycanda hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı müzakirələr aparılır.

"Azerbaycanxeberleritv.az"ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələyə münasibət bildirib.

Qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.//Qaynarinfo

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.