azerbaycanxeberleritv.az » Gündəm » Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər
Gündəm / Dünya / 13-05-2025, 09:00

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər


Hindistan və Pakistanın hərbi komandanlıqları qoşunların sərhədlərdən çıxarılmasını təmin etmək üçün tədbirləri nəzərdən keçirmək qərarına gəliblər.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Hindistan Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Hindistan və Pakistandakı hərbi əməliyyatların komandirləri arasında mayın 12-də axşam saatlarında danışıqlar baş tutub.Hər iki tərəf qoşunların sərhədlərdən və irəli bölgələrdən çıxarılmasını təmin etmək üçün təcili tədbirləri nəzərdən keçirmək barədə razılığa gəliblər.

Danışıqlar zamanı tərəflərin atəş açmamaq, bir-birinə qarşı hər hansı təcavüzkar və düşmənçilik hərəkətləri etməmək öhdəliyi ilə bağlı məsələlər də müzakirə olunub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.